...

Futbol üzrə dünya çempionatı Azərbaycan 2012-nin püşkatma mərasimi keçiriləcək

İdman Materials 23 May 2012 15:51 (UTC +04:00)
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi püşkatma mərasimi iyulun 6-da saat 19:00-da Bakıda keçiriləcək.
Futbol üzrə dünya çempionatı Azərbaycan 2012-nin püşkatma mərasimi keçiriləcək

Azərbaycan, Bakı, 23 may /Trend/

FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi püşkatma mərasimi iyulun 6-da saat 19:00-da Bakıda keçiriləcək.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, FIFA U-17 qadınlararası dünya çempionatının FIFA təşkilat komitəsinin sədri Hany Abo Rida və AFFA-nın prezidenti Rövnəq Abdullayev mərasimdə iştirak edəcək.

Çempionatda iştirak edəcək 16 komandadan 14-ü artıq bəllidir: Azərbaycan (ev sahibliyi edəcək ölkə olaraq iştirak avtomatik seçilib); Çin, Yaponiya və Koreya (AFC); Qambiya, Qana və Nigeriya (CAF); Kanada, Meksika və ABŞ (CONCACAF); Braziliya, Kolumbiya və Uruqvay (CONMEBOL); və Yeni Zellandiya (OFC). Digər iki yığma komanda isə 26 və 29 iyun tarixləri arasında UEFA-da keçirilən oyunların nəticəsində bilinəcək.

Püşkatma mərasimindən əvvəl keçiriləcək mətbuat konfransı ərzində YTK və FIFA nümayəndələri çempionatın gedişatı və hazırlıqlarla bağlı açıqlama verəcək.

FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 və rəsmi püşkatma mərasimi, həmçinin ümumi fəaliyyətlər haqqında əlavə məlumatları (oyunların təqvimi, nəticələr, komandalar haqqında informasiya, hesabatlar və s.) çempionatın rəsmi səhifəsindən əldə etmək olar: http://fifa.com/Azerbaijan2012

Xəbər lenti

Xəbər lenti