...

Güləşçilərimiz Olimpiada öncəsi son beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar

İdman Materials 25 İyun 2012 17:42 (UTC +04:00)
İyunun 30-u, iyulun 1-də Almaniyanın Dortmund şəhərində sərbəst və yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçiriləcək. Yarışda hər iki güləş növü üzrə ümumilikdə 6 idmançımız iştirak edəcək.
Güləşçilərimiz Olimpiada öncəsi son beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar

Azərbaycan, Bakı, 25 iyun /Trend/

İyunun 30-u, iyulun 1-də Almaniyanın Dortmund şəhərində sərbəst və yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçiriləcək. Yarışda hər iki güləş növü üzrə ümumilikdə 6 idmançımız iştirak edəcək.

Baş məşqçi Salih Boranın rəhbərliyi altında yunan-Roma güləşçilərimiz Rövşən Bayramov (55 kq) və Həsən Əliyev (60 kq) Olimpiada öncəsi son turnirdə qüvvələrini sınayacaqlar.

4 sərbəst güləşçimiz isə Almaniyada baş məşqçi Saypulla Absaidovun rəhbərliyi altında çıxış edəcək. Əsas diqqət 74 kq çəki dərəcəsinə yönələcək. Çünki bu çəkidə Londonda ölkəmizi təmsil etməyə 2 güləşçi - Əşrəf Əliyev və Aleksandr Qostiyev iddia edir. Bu baxımdan Almaniya turniri bir çox suallara aydınlıq gətirə bilər.

Bundan başqa, Hacı Əliyev (60 kq) və Məhəmmədhacı Xatiyev (84 kq) də Dortmundda mübarizə aparacaqlar.

Beynəlxalq dərəcəli referimiz Fəraqət Cəlalov hakim kimi beynəlxalq turnirdə ölkəmizi təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti