...

Azərbaycanın Olimpiya yığmasının bayraqdarı məlum olub (FOTO)

İdman Materials 4 İyul 2012 12:21 (UTC +04:00)
Azərbaycanın Olimpiya yığmasının bayraqdarının cüdoçu, Olimpiya çempionu Elnur Məmmədli olacağı gözlənilir.
Azərbaycanın Olimpiya yığmasının bayraqdarı məlum olub (FOTO)

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Olimpiya yığmasının bayraqdarının cüdoçu, Olimpiya çempionu Elnur Məmmədli olacağı gözlənilir. Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov bildirib.

"İdmançıların arasında belə bir deyim var ki, bayrağı aparan heç vaxt medal qazanmır. Bu səbəbdən idmançılar arasında çətin seçim olub. Elnur Məmmədli isə öz əminliyini vurğuladı və bu səbəbdən bayrağı onun aparacağı gözlənilir", - nazir deyib.

Rəhimov bildirib ki, bununla bağlı son qərar hələ verilməyib.

Nazir öz fikrinə gəldikdə, Fərid Mansurovu təklif etdiyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti