Azərbaycan, Bakı, 4 iyul /Trend/
Hələ uşaq vaxtında hər iki ayağından məhrum olan Cənubi Afrika idmançısı Oskar Pistorius 2012-ci il London Yay Olimpiya Oyunlarında iştirak edəcək. Bu barədə Trend çərşənbə günü "İnterfaks"a istinadən məlumat verir.
Məlumata əsasən, o, 4x400 metr estafet yarışında Cənubi Afrika Respublikası yığmasının heyətinə daxil edilib.
25 yaşlı idmançı karbohidrogen lifdən hazırlanan xüsusi protezlərdə iştirak edir. O, Olimpiadada iştirak edəcək iki ayağı amputasiya edilmiş ilk insan olacaq.