...

Futbolda qolların avtomatik müəyyən olunması Azərbaycan çempionatında tətbiq olunacaqmı?

İdman Materials 6 İyul 2012 11:55 (UTC +04:00)
PFL futbol matçlarında vurulan qolların avtomatik müəyyən olunması ilə bağlı FIFA-nın təklif etdiyi sistemin Azərbaycan Premyer Liqasının oyunlarında tətbiqinə lüzum görmür.
Futbolda qolların avtomatik müəyyən olunması Azərbaycan çempionatında tətbiq olunacaqmı?

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir M.Əliyev/

PFL futbol matçlarında vurulan qolların avtomatik müəyyən olunması ilə bağlı FIFA-nın təklif etdiyi sistemin Azərbaycan Premyer Liqasının oyunlarında tətbiqinə lüzum görmür.

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev cümə günü Trend-ə bildirib ki, qolların avtomatik müəyyən olunması sistemi futbolu nüfuzdan sala bilər.

PFL prezidenti hesab edir ki, futbolun yazılmamış qanunları var, onlardan da biri hakim və məşqçi səhvlərinin uzun müddət müzakirə olunmasıdır ki, bu da futbolun aktuallığını artırır.

Eyni zamanda, Musayev həlledici vaxtda texniki vasitələrdə nasazlıq baş verməsindən narahatlığını bildirib.

"Topa quraşdırılan çipdə nasazlıq baş verərsə, yüz faizlik qol vurulduqda belə rəqib komandanın oyunçuları etiraz edə bilərlər ki, cihaz müvafiq siqnalı vermədi, qol olmayıb", - Musayev deyib.

FİFA dünən Sürixdəki qərargahında keçirilən iclasında futbol matçlarında vurulan qolların avtomatik müəyyən olunması sistemini qəbul edib. Hazırda iki sistem - GoalRef və Hawk-Eye testdən keçirilir ki, bunlardan birincisi topa çip quraşdırmaqla onun qapı xəttini keçməsinin siqnal vasitəsilə ötürülməsi, ikincisi isə qapı dirəklərinə çoxsaylı kameralar quraşdırmaqla qolun olub-olmamasını təyin etməkdir. Bu sistem 2012-ci ilin dekabrında Yaponiyada baş tutacaq futbol klubları arasında Dünya Çempionatında, 2013-cü ildə keçiriləcək Konfederasiya Kubokunda və 2014-cü ilin Dünya Çempionatında tətbiq olunacaq.

Xəbər lenti

Xəbər lenti