Azərbaycan, Bakı, 12 iyul /Trend/
"Xəzər Lənkəran"ın UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində rəqibi Polşanın "Lex" klubu olacaq.
Trend-in məlumatına görə, bu gün Qazaxıstanda yerli "Jetısu" klubu ilə "Lex"in qarşılaşması 1:1 hesabı ilə başa çatıb. İlk oyun "Lex"in 2:0-lıq qələbəsi ilə başa çatdığından növbəti mərhələyə Polşa təmsilçiləri vəsiqə qazanıblar.
Qeyd edək ki, "Xəzər Lənkəran" - "Lex" matçı iyulun 19-da Lənkəranda, cavab oyunu isə iyulun 26-da Polşada keçiriləcək.