...

PAŞA Bankın dəstəyi ilə “BAKU Cup 2012” başlayır

İdman Materials 18 İyul 2012 17:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyul /Trend/

21-28 iyul tarixlərində Bakıda qadınlar arasında WTA seriyalı "BAKU Cup 2012" beynəlxalq tennis turniri keçiriləcək. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə günü yaydığı məlumatda deyilir.

Bu il yarış çərçivəsində ən güclü tennisçi adını qazanmaq uğrunda Azərbaycan, İtaliya, Rusiya, Ukrayna, Sloveniya, İspaniya, Macarıstan və digər ölkələri təmsil edən 32 idmançı qadın qüvvəsini sınayacaq. Ölkəmizi yarışda gənc tennisçi Kamilə Fərhad təmsil edəcək.

İdman yarışına Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Tennis Assosiasiyası, ARDNŞ, PAŞA Bank və digər təşkilatlar rəsmi dəstək göstərirlər.

WTA (Women's Tennis Association - Qadın Tennis Assosiasiyası) seriyasına daxil olan turnirin mükafat fondu 220 min ABŞ dollarıdır. Bakı Tennis Akademiyasının kortlarında keçiriləcək oyunlara giriş pulsuzdur.

Əlavə məlumat üçün:

PAŞA Bank
Əmir Məmmədov
PR və Marketing Departamenti
Telefon: 4802672
Elektron poçt ünvanı: [email protected]

PAŞA Bank 2007-ci ilin iyun ayında təşkil edilib və Azərbaycan Respublikası Mərkəzi Bankının 250 saylı 28 noyabr 2007-ci il tarixli lisenziyası əsasında fəaliyyət göstərir. PAŞA Bankın strateji vəzifəsi korporativ sektora xidmət etməkdir. Bankın əsas məqsədi - strategiyadan irəli gələn prioritet istiqamətlər üzrə biznesin keyfiyyətli inkişafı, eləcə də müştərilər və əməkdaşlarımızla uzunmüddətli və etibarlı münasibətlər yaratmaq və inkişaf etdirməkdir.

Xəbər lenti

Xəbər lenti