...

Çingiz Hüseynzadə: London Olimpiadasının Təşkilat Komitəsi səhvə görə Azərbaycandan üzr istəyib

İdman Materials 27 İyul 2012 17:00 (UTC +04:00)
Rusiyanı təmsil edən idmançının doğulduğu şəhər kimi Bakının Rusiya şəhəri göstərməsi XXX London Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin kompüter bazasında olan səhvə görə baş verib.
Çingiz Hüseynzadə: London Olimpiadasının Təşkilat Komitəsi səhvə görə Azərbaycandan üzr istəyib

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir M.Əliyev/

Rusiyanı təmsil edən idmançının doğulduğu şəhər kimi Bakının Rusiya şəhəri göstərməsi XXX London Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin kompüter bazasında olan səhvə görə baş verib. Bunu cümə günü Trend-ə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib.

"London Olimpiya Oyunlarının Təşkilat Komitəsi SSRİ vaxtı doğulan bütün idmançıların doğulduğu şəhərləri kompüterdə SSRİ olmadığından Rusiyanın ərazisi kimi göstərib. İndi bir-bir həmin səhvləri tapıb dəyişirlər", - Hüseynzadə deyib.

O qeyd edib ki, Təşkilat Komitəsinin nəzərinə bütün yanlışlıqlar barədə məlumat çatdırılıb. "Olimpiadanın Təşkilat Komitəsi səhvə görə rəsmi qaydada üzr istəyib", - o deyib.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti qeyd edib ki, Londonda olan bütün idmançıların əhval-ruhiyyəsi çox yüksək səviyyədədir və onlar yarışlara hazırdırlar.

Azərbaycan idmançıları iyulun 28-də ilk dəfə Olimpiadada mübarizəyə başlayacaqlar.

XXX London yay Olimpiya Oyunlarının rəsmi açılış mərasimi bu gün Bakı vaxtı ilə gecəyarı başlayacaq.

Xəbər lenti

Xəbər lenti