...

London olimpiadasının çinli qalibi dopinq qalmaqalı ilə üzləşib

İdman Materials 31 İyul 2012 17:35 (UTC +04:00)
London XXX Yay Olimpiya Oyunlarında 400 metr məsafəyə kompleks üzmədə qızıl medal qazanan çinli E Şiven yarışlarda ilk dopinq qalmaqalı ilə üzləşib.
London olimpiadasının çinli qalibi dopinq qalmaqalı ilə üzləşib

Azərbaycan, Bakı, 31 iyul /Trend/

London XXX Yay Olimpiya Oyunlarında 400 metr məsafəyə kompleks üzmədə qızıl medal qazanan çinli E Şiven yarışlarda ilk dopinq qalmaqalı ilə üzləşib. Bu barədə Trend çərşənbə axşamı BBC-yə istinadən məlumat verir.

16 yaşlı idmançı 400 metr məsafəyə kompleks üzmə yarışında şəxsi rekordunu 5 saniyə yaxşılaşdıraraq dünya rekordunu müəyyənləşdirib. O, son 50 metri kişilərin analoji yarışında çempion olan Rayan Loxtedən tez üzüb.

Bu amil bir çoxlarını çinli idmançının dopinqdən istifadə etməsi barədə düşünməyə vadar edib.

E Şiven isə dopinqlə bağlı bütün şübhələri təkzib edir və ona qarşı heç bir sübutun olmadığını bildirir.

Xəbər lenti

Xəbər lenti