...

Azərbaycanlı hakim-inspektor beynəlxalq oyunlara təyinat alıb

İdman Materials 6 Avqust 2012 11:58 (UTC +04:00)
Beynəlxalq dərəcəli hakim-inspektor Murad Məmmədov yeni təyinat alıb.
Azərbaycanlı hakim-inspektor beynəlxalq oyunlara təyinat alıb

Azərbaycan, Bakı, 6 avqust /Trend/

Beynəlxalq dərəcəli hakim-inspektor Murad Məmmədov yeni təyinat alıb.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, futzal üzrə UEFA kubokunun ilkin seçmə mərhələsinin C qrupunda keçiriləcək oyunların hakim-inspektoru Murad Məmmədov olacaq.

Oyunları avqustun 8-də start götürəcək bu qrupda Avstriyanın "Olstarz", İrlandiyanın İİD, İsveçrənin "Minerva" və Türkiyənin "Ankara" klubları mübarizə aparacaq.

Qrupun qarşılaşmaları Avstriyada keçiriləcək.

Xəbər lenti

Xəbər lenti