...

Azərbaycan gimnastı Aliyə Qarayeva London Olimpiadasında dördüncü oldu(ƏLAVƏ OLUNUB 4)

İdman Materials 11 Avqust 2012 20:12 (UTC +04:00)
London olimpiadasında bədii gimnastika yarışlarının final mərhələsində Azərbaycan təmsilçisi Aliyə Qarayeva halqa ilə hərəkətlərdə bacarığını nümayiş etdirib.
Azərbaycan gimnastı Aliyə Qarayeva London Olimpiadasında dördüncü oldu(ƏLAVƏ OLUNUB 4)

Azərbaycan, Bakı, 11 avqust /Trend/

London olimpiadasında bədii gimnastika yarışlarının final mərhələsində Azərbaycan təmsilçisi Aliyə Qarayeva halqa ilə hərəkətlərdə bacarığını nümayiş etdirib.

Trend-in məlumatına görə, Qarayeva ilk çıxışına görə hakimlərdən 27.925 bal alıb. Daha sonra topla kompozisiyasını yerinə yetirən Qarayeva hakimlərdən 27,850 bal alıb.

Ardından gürzlərlə bacarığını nümayiş etdirən Aliyə 27,575 balla qiymətləndirilib.

Lentlə çıxışında Qarayeva 28,250 bal qazanıb və Olimpiadanı toplam 111.575 balla yekunlaşdırıb.

Ümumi nəticələyə görə Qarayeva London Olimpiadasında dördüncü yeri tutub.

Xəbər lenti

Xəbər lenti