...

"Xəzər Lənkəran" üzərində qalibiyyət "Neftçi"yə azı 2 min manata başa gəldi

İdman Materials 18 Sentyabr 2012 14:16 (UTC +04:00)
AFFA İntizam Komitəsi futbol üzrə XXI Azərbaycan Premyer Liqasının V turu çərçivəsində keçirilən oyunlarda yol verilmiş nöqsanlarla bağlı bir sıra qərarlar qəbul edib.
"Xəzər Lənkəran" üzərində qalibiyyət "Neftçi"yə azı 2 min manata başa gəldi

Azərbaycan, Bakı, 18 sentyabr /Trend/

AFFA İntizam Komitəsi futbol üzrə XXI Azərbaycan Premyer Liqasının V turu çərçivəsində keçirilən oyunlarda yol verilmiş nöqsanlarla bağlı bir sıra qərarlar qəbul edib.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, İntizam Komitəsinin qərarı ilə, "Bakı" - "Turan" matçında "Turan" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

"Neftçi" - "Xəzər Lənkəran" matçında "Xəzər Lənkəran" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib. Eləcə də oyunun 8-ci dəqiqəsində "Neftçi" azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün flaqman 2000 manat cərimə edilib. Matçda "Neftçi" klubunun azarkeşləri tərəfindən 27 oturacaq, "Xəzər Lənkəran" klubunun azarkeşləri tərəfindən isə 34 oturacaq sındırılıb. Bu səbəbdən hər iki klub dəymiş zərərə uyğun olaraq stadion rəhbərliyinin təqdim edəcəyi hesab əsasında ödəmə edəcək.

Xəbər lenti

Xəbər lenti