...

2016-cı il Ümumdünya Şahmat Olimpiadasının potensial çempionu “BAKU OPEN–2012” turnirində oynayır

İdman Materials 25 Sentyabr 2012 10:12 (UTC +04:00)
Novxanıdakı "AF-HOTEL"-də "BAKU OPEN-2012" Beynəlxalq şahmat turniri keçirilir.
2016-cı il Ümumdünya Şahmat Olimpiadasının potensial çempionu “BAKU OPEN–2012” turnirində oynayır

Azərbaycan, Bakı, 25 sentyabr /Trend/

Novxanıdakı "AF-HOTEL"-də "BAKU OPEN-2012" Beynəlxalq şahmat turniri keçirilir. Turnirdə 11 ölkədən 199 şahmatçı iştirak edir. Turnirin iştirakçıları arasında ötənilki turnirin qalibi belarusiyalı qrossmeyster Sergey Jiqalko kimi dünya şahmatının ulduzu da var. Azərbaycanlı qrossmeysterlər Rauf Məmmədov, Qadir Hüseynov, Eltac Səfərli və başqaları turnirin favoritləri arasındadır. Qeyd edək ki, onlar Azərbaycanın gənclər və idman nazirinin rəhbərliyi ilə 2016-cı il olimpiadasının keçirilməsi hüququnu İstanbuldan Bakıya gətiriblər. Bu barədə Trend-ə Respublika Şahmat Mərkəzinin rəhbəri və turnirin direktoru Məcid Əfəndiyev bildirib.

Əfəndiyev deyib ki, bu böyük turnir çərçivəsində Respublika Şahmat Mərkəzində uşaqlar arasında beynəlxalq turnir də keçirilir. Burada 12 yaşadək 96 gənc şahmatçı iştirak edir.

Onun sözlərinə görə, turnirin əsas təşkilatçıalrı Azərbaycan Gənclər və İdman Nazirliyi və ölkənin Şahmat Federasiyasıdır.
"Biz uşaq turnirinin keçirilməsində bizə dəstək olan və bununla da millətin intellektual və şahmat gələcəyi olan uşaqlarımıza qayğı göstərən hər kəsə təşəkkür edirik", - Mərkəzin rəhbəri bildirib.

Uşaq turnirinin baş sponsorları bunlardır: "KENAN İNŞAAT VƏ TİCARƏT BM", "AZPETROL", "R.İ.S.K.", "AİRMED", "BEYNALXALQ SİĞORTA ŞİRKƏTİ", "AZERSUN", "PALSUD" və "TOTAL".

Əfəndiyev əlavə edib ki, şübhəsiz ki, "BAKU OPEN" ənənəvi beynəlxalq şahmat turniri 2016-cı il Beynəlxalq Şahmat Olimpiadasının baş məşqi olacaq.

Xəbər lenti

Xəbər lenti