Azərbaycan, Bakı, 29 sentyabr /Trend/
Şənbə günü FIFA U-17 qadınlar arası Dünya Çempionatının "A" qrupunda Kanada-Azərbaycan oyunu baş tutub.
"Bu mənim U-17 komandası ilə üçüncü dünya çempionatımdır. Əminliklə deyə bilərəm ki, təşkilatçılıq baxımdan ən yaxşı Dünya Çempionatıdır. Azarkeşlər oyunlara gəlirlər, bizə dəstək olurlar. Bundan gözəl nə ola bilər. Bu Dünya Çempionatı Azərbaycanda futbolun inkişafına müsbət mənada öz təsirini göstərəcək. Hər şey yüksək səviyyədə təşkil olunub", - Kanada yığmasının baş məşqçisi Brayn Rosenfeld oyun sonrası mətbuat konfransında deyib.
Qeyd edək ki, Kanada-Azərbaycan oyunu 1:0 hesabı ilə kanadalı futbolçuların xeyrinə bitib.