...

Güləşçilərimiz Batumidən 3 qızıl medalla qayıdırlar

İdman Materials 1 Oktyabr 2012 11:39 (UTC +04:00)
Sentyabrın 27-dən 29-na qədər Gürcüstanın Batumi şəhərində dünya çempionu Muxran Vaxtanqadzenin xatirəsinə yunan-Roma güləşi üzrə gənclər arasında beynəlxalq turnir keçirilib.
Güləşçilərimiz Batumidən 3 qızıl medalla qayıdırlar

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

Sentyabrın 27-dən 29-na qədər Gürcüstanın Batumi şəhərində dünya çempionu Muxran Vaxtanqadzenin xatirəsinə yunan-Roma güləşi üzrə gənclər arasında beynəlxalq turnir keçirilib.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, turnirdə yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komandanın 3 üzvü iştirak edib.

Məşqçi Akif Əliyevin rəhbərliyi altında turnirə yollanan güləşçilərimizin hər biri fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Belə ki, 50 kq çəkidə Kərim Cəfərov, 60 kq-da Murad Məmmədov və 66 kq çəkidə mübarizə aparan Amil Əhmədov bütün rəqiblərindən üstün olub və turnirin baş mükafatını əldə edib.

Xəbər lenti

Xəbər lenti