...

Mişel Platini Bakıda final oyununu izləyəcək

İdman Materials 13 Oktyabr 2012 11:15 (UTC +04:00)
UEFA-nın prezidenti Mişel Platini FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin final qarşılaşmasını izləyəcək.
Mişel Platini Bakıda final oyununu izləyəcək

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir M.Əliyev/

UEFA-nın prezidenti Mişel Platini FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin final qarşılaşmasını izləyəcək. Bu barədə şənbə günü Trend-ə AFFA-dan məlumat verilib.

Avropa futbol qurumunun rəhbərinin də Tofiq Bəhramov adına Respublika stadionunda izləyəcəyi final qarşılaşmasında Koreya XDR və Fransa milliləri qarşılaşacaq.

Finaldan dərhal sonra çempionatın bağlanış mərasimi keçiriləcək, dünya şöhrətli müğənni Şakira çıxış edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti