...

"Rubin" - "Neftçi" oyununu danimarkalı hakimlər idarə edəcək

İdman Materials 22 Oktyabr 2012 18:09 (UTC +04:00)
UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Kazan şəhərindəki Mərkəzi stadionda keçiriləcək "Rubin" (Rusiya) - "Neftçi" oyununun hakimləri müəyyənləşib.
"Rubin" - "Neftçi" oyununu danimarkalı hakimlər idarə edəcək

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Kazan şəhərindəki Mərkəzi stadionda keçiriləcək "Rubin" (Rusiya) - "Neftçi" oyununun hakimləri müəyyənləşib.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, matçın baş hakimi Kenn Hansen, onun köməkçiləri Lars Rix, David Vanq Andersen, dördüncü hakim Henrik Kristensen, baş hakimin əlavə köməkçiləri isə Yakob Kehlet, Mads-Kristoffer Kristoffersendir. Hakimlər briqadası Danimarkadandır.

Hakim-inspektor Vatslav Krondl (Çexiya), UEFA nümayəndəsi Tervel Zlatev (Bolqarıstan) təyin olunub.

Qeyd edək ki, "Rubin" - Neftçi" oyunu oktyabrın 25-də, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti