...

"İnter" qələbəni 3 qolla təmin etdi, "Bakı" məğlub oldu (ƏLAVƏ OLUNUB)

İdman Materials 30 Oktyabr 2012 20:55 (UTC +04:00)
Bu gün Azərbaycan Premyer Liqasının XI turunun oyunlarına start verilib.
"İnter" qələbəni 3 qolla təmin etdi, "Bakı" məğlub oldu (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Bu gün Azərbaycan Premyer Liqasının XI turunun oyunlarına start verilib.

Trend-in məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Bakının "İnter" komandası Gəncənin "Kəpəz" klubunu qəbul edib. Matçda ilk qol gəncəlilərdən gəlsə də (Elxan Əzizov, 5 (0:1), bakılılar İrbahima Niassenin qolu və Baçana Sxadadzenin dublu ilə (3:1) qalib gəlməyi bacarıblar.

Paytaxt derbisində isə AZAL doğma meydanda "Bakı" ilə qarşılaşıb. Matç AZAL-ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Premyer Liqada XI tura sabah keçiriləcək 4 oyunla yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti