...

Milli Olimpiya Komitəsinin 20 illik yubileyi qeyd olunacaq

İdman Materials 1 Noyabr 2012 16:28 (UTC +04:00)
Noyabr ayında Azərbaycan Milli Olimpiya Komitəsinin 20 illik yubileyi təntənəli şəkildə qeyd olunacaq. Yubiley tədbirlərində təkcə idman ictimaiyyəti deyil, paytaxt əhalisi də yaxından iştirak edəcək.
Milli Olimpiya Komitəsinin 20 illik yubileyi qeyd olunacaq

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

Noyabr ayında Azərbaycan Milli Olimpiya Komitəsinin 20 illik yubileyi təntənəli şəkildə qeyd olunacaq. Yubiley tədbirlərində təkcə idman ictimaiyyəti deyil, paytaxt əhalisi də yaxından iştirak edəcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 4-də saat 13:00-dan başlayaraq Dənizkənarı Milli Parkda səhərdən axşamadək müxtəlif tədbirlər həyata keçiriləcək. İdman həvəskarları və şəhər sakinləri Azərbaycan Olimpiya Hərəkatının uğurlarını əks etdirən fotostendlərlə tanış olacaqlar. Bundan başqa, idmansevərlər ayrı-ayrı idman növləri üzrə olimpiya çempionları və mükafatçılarımızla şəkil çəkdirmək və onlardan avtoqraf almaq imkanı qazanacaqlar. Peşəkar fotoqraf tərəfindən çəkilən fotoşəkillər www.idman.com.az saytında yerləşdiriləcək və hamı öz şəklini həmin saytdan pulsuz götürə biləcək.

Bundan başqa, mərasim iştirakçıları boks, cüdo, taekvondo, qol güləşi, gimnastika, kapoeyra, zorxana və güləş idman növlərində peşəkar idmançıların nümunəvi çıxışlarını izləyəcək və arzu edənlər həmin idman növlərində öz qüvvə və bacarıqlarını məşqçilərin müşaiyəti ilə yoxlaya biləcəklər.

Tədbirdə Milli Olimpiya Komitəsinin 20 illiyinə həsr olunmuş yürüş də təşkil ediləcək. Yürüşün qaliblərinə qiymətli hədiyyələr təqdim ediləcək.

Möhtəşəm konsert proqramı ilə tədbirlərə yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti