"Mançester Yunayted"in futbolçusu Çindən təklif alıb

İdman Xəbər 19 Noyabr 2012 13:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 noyabr /Trend/

İngiltərənin "Mançester Yunayted" klubunun müdafiəçisi Rio Ferdinand Çin klublarının birindən təklif alıb. Trend-in "The Guardian"a istinadən verdiyi məlumata görə, Mançester təmsilçisi də futbolçuya az əməkhaqqı ilə yeni müqavilə təklif etməyə hazırdır.

Hazırda Ferdinand həftədə 130 min funt sterlinq qazanır, Çində isə bundan ikiqat artıq məbləğ təklif edirlər.

Məlumata görə, müdafiəçi Çin klubunun təklifini nəzərdən keçirməyə hazırdır. Qeyd edək ki, hazırda bu ölkədə Nikolya Anelka və Didye Droqba çıxış edirlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti