Azərbaycan, Bakı, 1 dekabr /Trend/
İspaniyanın "Atletiko" klubu bu gün La Liqanın Madrid derbisinə - "Real Madrid"lə oyuna üzərində Azərbaycanı tanıdan forma ilə çıxacaq.
Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, formanın üzərində "Odlar Yurdu Azərbaycan" (Land of Fires) yazılacaq.
Aksiya yalnız bugünkü matç üçün nəzərdə tutulub.
Xatırladaq ki, bir neçə gün öncə İspaniya klubunun nümayəndələri paytaxtımıza gələrək "Bakı" klubu ilə əməkdaşlıq haqda müqavilə imzalayıblar.
Müqaviləyə əsasən "Bakı" klubunun bir neçə futbolçusu "Atletiko"nun düşərgəsində yollanaraq hazırlıqlarda iştirak edəcək.