...

UEFA ölkələri Avro-2020-yə ev sahibliyi edəcək ölkələrin çoxluğunu istəyirlər

İdman Materials 6 Dekabr 2012 10:50 (UTC +04:00)
UEFA-ya üzv ölkələr 2020-ci Avropa çempionatına ev sahibliyi edəcək ölkələrin sayının çoxluğunu istəyirlər və UEFA prezidenti Mişel Platinini bu istiqamətdə işləməyə çağırırlar.
UEFA ölkələri Avro-2020-yə ev sahibliyi edəcək ölkələrin çoxluğunu istəyirlər

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir E.Mehdiyev/

UEFA-ya üzv ölkələr 2020-ci Avropa çempionatına ev sahibliyi edəcək ölkələrin sayının çoxluğunu istəyirlər və UEFA prezidenti Mişel Platinini bu istiqamətdə işləməyə çağırırlar.

Trend-in məlumatına görə, UEFA-ya üzv olan ölkələrin futbol liderləri qurumun 2020-ci il Avropa çempionatının 13-ə qədər ölkədə təşkil etməsini istəyirlər.

Almaniya Futbol Assosiasiyasının prezidenti Volfqanq Nirsbax bildirib ki, bu ideya UEFA-ya üzv 53 ölkənin iştirakı ilə keçirilən ötən məsləhətləşmələrdə dəstəklənib.

Niderland rəsmisi Harri Bin isə deyib ki, kiçik ölkələrə də çempionata ev sahibliyi etmək şansı verilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti