...

"Bakı" klubunun keçmiş oyunçusu həbsdən azad ediləcək

İdman Materials 12 Dekabr 2012 09:44 (UTC +04:00)
Gürcüstan yığmasının keçmiş hücumçusu Georgi Demetradze dekabrın 12-də amnistiya üzrə azadlığa buraxılacaq.
"Bakı" klubunun keçmiş oyunçusu həbsdən azad ediləcək

Gürcüstan, Tbilisi, 12 dekabr /Trend, müxbir N./

Gürcüstan yığmasının keçmiş hücumçusu Georgi Demetradze dekabrın 12-də amnistiya üzrə azadlığa buraxılacaq. Trend-in məlumatına görə, bu barədə Gürcüstan KİV-i xəbər verir.

36 yaşlı Demetradze 2011-ci ilin yazından həbsdədir. O, kriminal aləmlə əlaqələrinə, eləcə də gizli totalizatorda iştiraka görə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Qeyd edək ki, Demetradze müxtəlif illərdə İspaniya, Hollandiya, Ukrayna komandalarında, eləcə də Azərbaycanın "Bakı" klubunda çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti