...

"Neftçi" "Xəzər Lənkəran"a dəymiş ziyanı ödəyəcək

İdman Materials 18 Dekabr 2012 13:50 (UTC +04:00)
Trend Peşəkar Futbol Liqasına istinadən məlumat verir ki, Komitə Azərbaycan Premyer Liqasının XVII turu çərçivəsində keçirilən bəzi oyunlarındakı hadisələrlə bağlı qərarlar qəbul edib.
"Neftçi" "Xəzər Lənkəran"a dəymiş ziyanı ödəyəcək

Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir X.Murtuzayeva/

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Trend Peşəkar Futbol Liqasına istinadən məlumat verir ki, Komitə Azərbaycan Premyer Liqasının XVII turu çərçivəsində keçirilən bəzi oyunlarındakı hadisələrlə bağlı qərarlar qəbul edib.

Premyer Liqanın XVII turunun "Xəzər Lənkəran" - "Neftçi" matçında "Neftçi" klubunun 4, "Xəzər Lənkəran" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat cərimə olunub. Oyunun 84-cü dəqiqəsində "Xəzər Lənkəran" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.

Matçın fasiləsi zamanı hər iki klubunun azarkeşləri tərəfindən oturacaqlar sındırılıb. Bu səbəbdən də "Neftçi" klubu "Xəzər Lənkəran" klubunun dəymiş ziyana əsasən təqdim edəcəyi hesaba uyğun olaraq ödəmə etməlidir.

Premyer Liqanın XVII turunun "Bakı" - "Qarabağ" oyunun 90+1-ci dəqiqəsində "Qarabağ" klubunun 2 №-li futbolçusu Qara Qarayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klub 2000 manat cərimə olunub. Futbolçuya verilmiş cəzanın 1 oyunu şərti cəza kimi tətbiq edilir və ona 6 aylıq sınaq müddəti verilir. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq.

"Rəvan" - "Sumqayıt" matçında isə hər iki klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunub.

Premyer Liqanın XVII turunun "Qəbələ" - "Simurq" matçında "Simurq" klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 85-ci dəqiqəsində "Qəbələ" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra "Simurq" klubunun 22 №-li futbolçusu David Peterzkeviç hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 4000 manat cərimə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti