...

Mourinyo: Kaka "Real"ı tərk etməyəcək

İdman Materials 22 Dekabr 2012 12:38 (UTC +04:00)
Madridin "Real" komandasının baş məşqçisi Joze Mourinyo braziliyalı futbolçu Kakanın Kral klubunu tərk edəcəyi barədə yayılan məlumatları təkzib edib.
Mourinyo: Kaka "Real"ı tərk etməyəcək

Azərbaycan, Bakı, 22 dekabr /Trend/

Madridin "Real" komandasının baş məşqçisi Joze Mourinyo braziliyalı futbolçu Kakanın Kral klubunu tərk edəcəyi barədə yayılan məlumatları təkzib edib.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssis bildirib ki, Kaka "Real"ı tərk etməyəcək.

"Braziliyalı futbolçu komandamızın əsas oyunçusudur və biz ondan ayrılmaq istəmirik", - Mourinyo qeyd edib.

Qeyd edək ki, Rusiyanın "Anji" komandasının 30 yaşlı futbolçuya maraq göstərdiyi bildirilirdi. Həmçinin, ulduz futbolçunun "Qalatasaray"a keçəcəyi barədə məlumat yayılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti