...

Azərbaycan Premyer Liqasında legioner limiti dəyişdirilirmi?

İdman Materials 26 Dekabr 2012 12:22 (UTC +04:00)
Azərbaycan Premyer Liqasının növbəti mövsümündə legioner limiti olduğu kimi qalacaq, bunu çərşənbə günü Trend-ə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
Azərbaycan Premyer Liqasında legioner limiti dəyişdirilirmi?

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Premyer Liqasının növbəti mövsümündə legioner limiti olduğu kimi qalacaq, bunu çərşənbə günü Trend-ə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

Musayev bildirib ki, Premyer Liqada legionerlərin sifarişi üçün ödəniləcək məbləğ də olduğu kimi qalacaq.

Qeyd edək ki, hazırda Azərbaycan Premyer Liqasında legioner limiti 7+4 formatındadır. Yəni hər bir komanda əsas heyətində ən çox 7 əcnəbi futbolçu ilə oynaya, 4 əcnəbidən isə ehtiyat futbolçu kimi istifadə edilə bilər.

Xatırladaq ki, əcnəbi futbolçunun birinci qeydiyyatı üçün 20 min manat rüsum ödənilir, ikinci qeydiyyatı üçün 10 min, üçüncü qeydiyyatı üçün isə 5 min manat ödənilir. Əcnəbi futbolçu öz ölkəsinin əsas milli komandasında oynayırsa, həmin futbolçu rüsumdan azad olunur.

2012-ci ilin yekunlarını qiymətləndirən PFL prezidenti bildirib ki, Azərbaycan Premyer Liqasının oyunları getdikcə daha baxımlı olur.

"Fasiləyə qədər oyunlar çox maraqlı keçdi, hətta mən deyərdim ki, ilk "altılığ"a 10 komandanın düşmək ehtimalı var, bunun özü də çox maraqlıdır. Bununla razı olmayanların futboldan anlayışı yoxdur", - Musayev deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti