...

Cüdo üzrə Bakı şəhər birinciliyi keçirilir

İdman Materials 5 Yanvar 2013 17:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 yanvar /Trend/

5-8 yanvarda Şağan Olimpiya İdman Kompleksində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən cüdo üzrə Bakı şəhər birinciliyi keçirilir.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd Bakı şəhərində cüdo idman növünü təbliğ və inkişaf etdirmək, ən güclü idmançıları aşkar etmək, şəhər yığma komandasına namizədlər seçmək, gəncləri cüdo idman növü ilə müntəzəm məşğul olmağa cəlb etmək, idmançıların ustalıq səviyyəsini artırmaqdan ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti