...

Milli Paralimpiya Komitəsinin seçki konqresi keçiriləcək

İdman Materials 7 Fevral 2013 13:59 (UTC +04:00)
Sabah Azərbaycan Milli Paralimpiya Komitəsinin IV hesabat seçki konqresi keçiriləcək.
Milli Paralimpiya Komitəsinin seçki konqresi keçiriləcək

Azərbaycan, Bakı, 7 fevral /Trend/

Sabah Azərbaycan Milli Paralimpiya Komitəsinin IV hesabat seçki konqresi keçiriləcək.

Komitədən çərşənbə günü Trend-ə verilən məlumata görə, konqresdə Milli Paralimpiya Komitəsinin 2009-2012-ci illər üzrə fəaliyyəti və Komitənin Nəzarət-Təftiş Komissiyasının hesabatları, Milli Paralimpiya Komitəsinin Nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi və Komitənin növbəti 4 il üçün (2013-2016-cı illər) strateji fəaliyyət planı müzakirə ediləcək.

Sonda Azərbaycan Milli Paralimpiya Komitəsinin rəhbər orqanlarına seçkilər keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti