...

Azərbaycan futbolunun "hegemonları" bəlli oldu

İdman Materials 3 Mart 2013 18:21 (UTC +04:00)
Bu gün Azərbaycanın futbol üzrə Premyer Liqasında təsnifat mərhələsinin sonuncu – 22-ci turunun oyunları keçirilib. Trend-in məlumatına görə, "Neftçi" səfər oyununda "Turan"a 3:2 hesablı qələbə çalmaqla təsnifat mərhələsinin lideri olub.
Azərbaycan futbolunun "hegemonları" bəlli oldu

Azərbaycan, Bakı, 3 mart /Trend/

Bu gün Azərbaycanın futbol üzrə Premyer Liqasında təsnifat mərhələsinin sonuncu - 22-ci turunun oyunları keçirilib. Trend-in məlumatına görə, "Neftçi" səfər oyununda "Turan"a 3:2 hesablı qələbə çalmaqla təsnifat mərhələsinin lideri olub.

Artıq çempionatın final mərhələsinin birinci və ikinci altılığında yarışan komandaların hamısı bəlli olub.

Qeyd edək ki, ilk "altılıq"da sonuncu vəsiqəyə üç komanda - "Bakı", "Xəzər Lənkəran" və AZAL iddia edirdi. Amma bu vəsiqəyə ən çox şansı olan "Bakı" idi. Paytaxt təmsilçisi bu gün "Rəvan"a qalib gələrək ilk "altılıq"da mübarizə aparacaq sonuncu komanda olub. Çempionluğa iddialı "Xəzər Lənkəran" isə final mərhələsinə ikinci altılıqdan başlayacaq.

Turun ən maraqla gözlənilən oyunlarından biri də Tofiq Bəhramov adına Respublika Stadionunda ikinci yeri tutan "İntet"lə onun ən yaxın izləyicisi "Qarabağ" arasında keçirilib. Oyun 0:0 hesabı ilə bitib.

3 mart (bazar)

17.00. "Qarabağ" - "İnter" - 0:0 (Fasilə)

Hakimlər: Vüsal Əliyev, Vaqif Musayev, Nahid Əliyev, Orxan Məmmədov
T.Bəhramov adına Respublika stadionu

"Qarabağ": 89. Miro Varvodiç, 2. Qara Qarayev, 5. Maksim Medvedyev, 7.Namiq Yusifov, 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 24. Admir Teli, 32. Toğrul Bilallı, 70. Vaqif Cavadov

"İnter": 1. Giorgi Lomaya, 5. Slavço Georgiyevski, 11. Asif Məmmədov, 15. Vladimir Levin (k), 18. İlia Kandelaki, 20. Brüs Abdulaye, 21. Arif Daşdəmirov, 25. İbrahima Niasse, 28. Baçana Sxadadze, 30. Yuri Fomenko, 47. Abdulla Abatsiyev

15.00. "Bakı" - "Rəvan" 2:1

Qol: Şəhriyar Rəhimov, 12 (0:1), M. Pena, 19 (1:1), 57 (2:1)
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Ramiz Əsədov, Sərxan İsmayılov
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu

"Bakı": 82. Edin Nuredinoski, 27. George Popxadze, 5. Aqil Nəbiyev, 25. Şəhriyar Əliyev, 14. Elvin Əliyev, 8. Junior Vilson, 10. Lukas Mario Horvat, 88. Cavid Hüseynov, 11. Elvin Məmmədov (k), 24. Marius Pena, 23. Rauf Əliyev

"Rəvan": 1. Lukaş Sapela, 3. Miloş Zeçeviç (k), 4. Nodar Məmmədov, 8. Tural Axundov, 10. Mindauqas Kalonas, 13. Şəhriyar Rəhimov, 14. Juan Manuel Varea, 17. Ramazan Abbasov, 18. Samuel Barlay, 27. Nuran Qurbanov, 28. Emin Mustafayev

15.00. "Xəzər Lənkəran" - "Sumqayıt" 2:2

Qol: Mirzağa Hüseynpur, 4 (0:1), R. Alviz, 15 (1:1), Orxan Əliyev, 50 (1:2), Alviz, 72-pen (2:2)
Hakimlər: Ramil Diniyev, Elşən Acalov, İsgəndər Əliyev, İnqilab Məmmədov

Lənkəran şəhər stadionu

"Xəzər Lənkəran": 30. Antonio Doblas, 4. Alvaro Silva, 5. Elnur Allahverdiyev, 6. Robert Alviz, 8. Eder Bonfim, 9. Uğur Pamuk, 14. Rahid Əmirquliyev (k), 16. Adrian Pit, 35. Lusiano Olguin, 55. Ağabala Ramazanov, 99. Marin Orsuliç

"Sumqayıt": 1. Səlahət Ağayev, 4. Samir Abasov (k), 7. Pərdis Fərcad Azad, 8. Aqşin Muxtaroğlu, 9. Orxan Əliyev, 17. Emin Cəfərquliyev, 21. Məhəmməd Mirzəbəyov, 76. Can Akgün, 77. Mirzağa Hüseynpur, 92. Bəxtiyar Həsənalızadə, 95. Murad Doymuş

15.00. "Turan" - "Neftçi" - 2:3

Qol: Flavinyo, 11 (0:1), A. Rukavina, 35 (1:1), Araz Abdullayev, 61 (1:2), Cavid İmamverdiyev, 75 (1:3), Ender Güllü, 83 (2:3)

Hakimlər: Elvin Əsgərov, İlham Əliyev, Rza Məmmədov, Feyzulla Feyzullayev

İ,Qayıbov adına Bakıxanov qəsəbə stadionu

"Turan": 28. Andrey Popoviç, 2. Dmitri Pospelov, 3. Anatoli Stukalov, 6. Mikayıl Rəhimov, 26. Aleksandr Krustkeviç, 19. Asəf Qədiri, 25. Antonio Rukavina, 10. Ender Günlü (k), 23. İrakli Beraia, 17. Fərmayıl Əliyev, 11. Salif Ballo

"Neftçi": 30. Saşa Stamenkoviç, 3. Denis Silva Kruz, 5. İqor Mitreski, 9. Flavinyo, 11. Nikolas Kanales, 15. Erik Ramos, 17. Araz Abdullayev, 19. Mirhüseyn Seyidov, 22. Mahir Şükürov, 28. Emin Mehdiyev, 32. Elvin Yunuszadə

15.00. AZAL - "Qəbələ" - 6:1

Qollar: Mustafa Dabo, 14 (0:1), V. İqbekoyi, 19 (1:1), Cavid Tağıyev, 47 (2:1), Cavid Tağıyev, 64 (3:1), Branislav Arsenyeviç, 75 (4:1), Zohair Benouahi, 80 (5:1), Con Oluremi, 89 (6:1)

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Zeynal Zeynalov, Ramiz Məhərrəmov
AZAL Arena stadionu

AZAL: 12. Cahangir Həsənzadə (k), 15. Oskars Klava, 3. Usim Nduka, 20. Branislav Arsenyeviç, 6. Tagim Novruzov, 17. Viktor İqbekoyi, 7. Cavid Tağıyev, 11. Zohair Benouahi, 99. Orxan Həsənov, 2. Xuan Fransisko, 16. Junior Nildo

"Qəbələ": 30. Anar Nəzirov, 3. Vurğun Hüseynov, 4. Amit Quluzadə, 5. Luka Zinko, 8. Kristian Pulhak, 10. Luis Paulo Hilario, 14. Mustafa Dabo, 15. Omar Kalabane, 16. İfeanyi Emeqara, 26. Daniel Lopes Kruz, 27. Rəşad Abdullayev (k)

14.00. "Kəpəz" - "Simurq" - 1:1

Qol: Şahin Kərimov, 11 (1:0), Bojiç, 55 (1:1)

Hakimlər: Anar Salmanov, Cavanşir Yusifov, Namiq Hüseynov, Tahir Əhmədov
Dalğa Arena stadionu

"Kəpəz": 16. Xəyal Zeynalov, 2. Cəmşid Məhərrəmov, 6. Məhərrəm Hüseynov, 7. Pərvin Paşayev, 11. Fərid Quliyev, 15. Şahin Kərimov (k), 18. Nikolay Svejentsev, 25. Elgiz Kərəmli, 29. Georgi Sepiaşvili, 30. Vladislav Serebryakov, 88. Bujamin Asani

"Simurq": 1. Dmitri Kramarenko, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k), 4. Dilaver Zrnanoviç, 6. Anderson Olivyera, 12. Tomislav Buşiç, 13. Aleksandr Şemonayev, 19. Nicat Qurbanov, 25. Mario Bojiç, 27. Bəxtiyar Soltanov, 28. Nenad Kiso

Məqalədə:
Xəbər lenti

Xəbər lenti