...

"Neftçi"nin futbolçusu Araz Abdullayevin törətdiyi yol qəzası ilə bağlı detallara aydınlıq gətirildi

İdman Materials 28 Mart 2013 15:19 (UTC +04:00)
"Neftçi" futbol klubunun yarımmüdafiəçisi Araz Abdullayev bu gün günorta saatlarında yol qəzası törədib.
"Neftçi"nin futbolçusu Araz Abdullayevin törətdiyi yol qəzası ilə bağlı detallara aydınlıq gətirildi

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir İ.İzzət/

"Neftçi" futbol klubunun yarımmüdafiəçisi Araz Abdullayev bu gün günorta saatlarında yol qəzası törədib.

Yol qəzası nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Bakının Nobel prospektində hadisə yarımmüdafiəçi "Neftçi"nin bazasına gedərkən baş verib.

Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu gün Araz Abdullayev idarə etdiyi "Nissan" markalı avtomobillə iki nəfəri vurub. Nəticədə onlardan biri hadisə yerində ölüb, digəri xəsarət alıb. Abdullayev yaralını dərhal avtomobilinə qoyaraq xəstəxanaya çatdırıb.

"Neftçi" Peşəkar Futbol Klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Trend-ə bildirib ki, hadisənin baş verdiyi ərazidə təhlükəsizlik kameraları olduğundan hazırda yol qəzasının səbəbləri həmin kameraların köməyi ilə dəqiqləşdiriləcək. Mətbuat xidmətinin rəhbəri, eyni zamanda, bu məsələnin bəzi media orqanlarında süni şəkildə şişirdilməsini düzgün hesab etmədiyini və heç kimin belə bir hadisədən sığortalanmadığını deyib.

Hadisə şahidlərinin Trend-ə bildirdiyinə görə, yol qəzasının baş verməsinin əsas səbəbkarı Araz Abdullayev olmayıb. Belə ki, hadisə baş verən zaman başqa sürücünün idarə etdiyi "Porsche Panamera" markalı avtomobil yolun kənarında 2 süpürgəçini vuraraq Araz Abdullayevin idarə etdiyi avtomobilin qabağına tullayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti