...

Futzal millimiz Bosniya və Herseqovina yığması ilə qarşılaşacaq

İdman Materials 28 Mart 2013 15:36 (UTC +04:00)
Avropa çempionatının əsas seçmə mərhələsində futzal üzrə Azərbaycan milli komandası bu gün ikinci oyununu keçirəcək.
Futzal millimiz Bosniya və Herseqovina yığması ilə qarşılaşacaq

Azərbaycan, Bakı, 28 mart /Trend/

Avropa çempionatının əsas seçmə mərhələsində futzal üzrə Azərbaycan milli komandası bu gün ikinci oyununu keçirəcək.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, Slovakiyanın Bratislava şəhərindəki "Interhala Pasienky" kompleksində keçiriləcək qarşılaşmada millimizin rəqibi Bosniya və Herseqovina yığması olacaq.

Oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Xatırladaq ki, millimiz əsas seçmə mərhələnin ilk oyununda Norveç yığmasını 6:0 hesabı ilə məğlub edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti