...

Yol qəzası törədən "Neftçi" futbol klubunun oyunçusu Araz Abdullayev zaminə buraxılıb

İdman Materials 29 Mart 2013 12:13 (UTC +04:00)
Bir nəfərin ölümü və bir nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzasına görə saxlanılan "Neftçi" futbol klubunun oyunçusu Araz Abdullayev zaminə buraxılıb. Bu barədə Trend-ə klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
Yol qəzası törədən "Neftçi" futbol klubunun oyunçusu Araz Abdullayev zaminə buraxılıb

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir İ.İzzət/

Bir nəfərin ölümü və bir nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzasına görə saxlanılan "Neftçi" futbol klubunun oyunçusu Araz Abdullayev zaminə buraxılıb. Bu barədə Trend-ə klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Onun sözlərinə görə, klub Araz Abdullayevin buraxılması üçün zamin durub. Abbaszadə deyib ki, cinayət işinin istintaqı davam edir. İstintaqın yekunu olaraq qərar çıxarılacaq.

Qeyd edək ki, "Neftçi" klubunun yarımmüdafiəçisi Araz Abdullayev martın 28-də komandanın bazasına məşqə gələrkən idarə etdiyi maşınla Nobel prospektində Xətai rayon MKİS-in 2 işçisini vurub. Qadın süpürgəçilərdən biri hadisə yerində dünyasını dəyişib, digəri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti