...

"Neft sahibləri" "bankirlər"in hesabını dondurdular (ƏLAVƏ OLUNUB)

İdman Materials 30 Mart 2013 18:58 (UTC +04:00)

(İlk xəbər 16:55-də yayılıb)

Azərbaycan, Bakı, 30 mart /Trend/

Bu gün Azərbaycan Premyer Liqasının 24-cü turunun oyunları keçirilib.

Trend-in məlumatına görə, çempionluq uğrunda mübarizə aparan "Qarabağ" "Qəbələ"ni qəbul edib. Matçın 39-cu dəqiqəsində Riçard Almeyda qəbələləri məyus edib (1:0). Bu qələbə ilə Ağdam təmsilçisi xalını 42-yə çatdırıb.

"Bayıl Arena" stadionunda "Sumqayıt" - "Kəpəz" oyunu baş tutub. İlk qol 67-ci dəqiqədə gəlib - Murad Doymuş fərlənib (1:0). Oyun elə bu hesabla da başa çatıb.

Digər oyunda isə "Turan"-"Rəvan"la qarşılaşıb.

Qonaqlar Kalonasın qolu ilə irəli çıxsalar da, 30-cu dəqiqədə Azər Məmmədov, 5 dəqiqə sonra isə Fərmayıl Əliyevin qolları ilə tovuzlular önə keçiblər (2:1).

Lakin ikinci hissədə "Rəvan" futbolçuları 2 qol vuraraq yenidən irəli çıxıblar.

Bundan ruhlanan Bakı təmsilçiləri tovuzluların qapısından daha 3 top keçiriblər.

Beləliklə, oyun 2:6 hesabı ilə "Rəvan"ın xeyrinə başa çatıb.

Bu gün Bakı derbisi də baş tutub.

Liderliyini qoruyan "Neftçi" ona daha yaxın "İnter"in qonağı olub.

Bu oyunda "neft sahibləri" "bankirlər"i minimal hesabla 1:0 hesabı ilə udub. Bununla da "Neftçi" liderliyini daha da möhkəmləndirib.

Onu da qeyd edək ki, "Neftçi" son 15 dəqiqəni 10 nəfərlə oynayıb. Flaqmanın kapitanı Rəşad Sadiqov ikinci sarı vərəqə alaraq oyundan kənarlaşdırılıb.

Günün digər oyununda ilk "altılıq"da mübarizə aparan "Simurq" və "Bakı" qarşılaşıb. Oyun "Bakı"nın qələbəsilə başa çatıb (0-1).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti