...

Azərbaycanın stolüstü tennis yığmasına Avropadan yeni məşqçi gətirilir

İdman Materials 1 May 2013 13:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 may /Trend/

Bu gün kənd təsərrüfatı naziri, Azərbaycan Stolüstü Tennis Federasiyasının Prezidenti İsmət Abasov Avropa Stolüstü Tennis Birliyinin Baş katibi xanım Cenni Dom və Baş meneceri cənab Roman Plese ilə görüşmüşdür.

Görüşün əsas məqsədi Azərbaycan Stolüstü Tennis Federasiyası ilə Avropa Stolüstü Tennis Birliyi arasında əməkdaşlıq imkanlarının və Azərbaycanda bu idman növünün gələcək inkişafının müzakirəsi olmuşdur. Nazir qonağı səmimi salamlayaraq, ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin və Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın idmana göstərdiyi diqqət və qayğıdan söhbət açmışdır.

Nazir Azərbaycan Stolüstü Tennis Federasiyasının fəaliyyəti barədə geniş məlumat verərək onun əldə etdiyi uğurlar, Avropa standartlarına cavab verən texniki təchizatı, beynəlxalq yarışlarda iştirakı, ümumilikdə Azərbaycanda bu idman növünə böyük maraq olduğunu qonağın diqqətinə çatdırdı.

Qeyd etdi ki, 2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarında başqa idman növləri ilə yanaşı stolüstü tennisdə keçirilməsi üçün böyük potensial imkanları vardır və bu idman növündə də yarışların keçirilməsi peşəkarlıqla təşkil olunacaq.

Nazir Azərbaycanda Stolüstü Tennis Oyunlarının daha da inkişafının gücləndirilməsi məqsədi ilə Avropadan yeni məşqçinin dəvət olunması üçün xanım Cenni Domaya müraciət etdi.

Xanım Cenni Dom səmimi qəbula görə təşəkkürünü bildirdi və stolüstü tennisin də Avropa Olimpiya Oyunlarında layiqincə təmsil olunacağına əminliyini bildirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti