...

"Tour d`Azerbaidjan" beynəlxalq velosiped turu başa çatdı (FOTO)

İdman Materials 5 May 2013 16:33 (UTC +04:00)
Bu gün ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Tour d'Azerbaidjan" beynəlxalq velosiped turu başa çatıb.
"Tour d`Azerbaidjan" beynəlxalq velosiped turu başa çatdı (FOTO)

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir H.Vəliyev/

Bu gün ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Tour d'Azerbaidjan" beynəlxalq velosiped turu başa çatıb.

Trend-in məlumatına görə, yarışın 5-ci mərhələsi Azadlıq meydanından start götürüb. Turun sonuncu mərhələsində yarış iştirakçıları paytaxtın mərkəzi küçələri ilə 144 kilometr məsafədə 12 dəfə dövrə vurublar.

Litva milli komandasının üzvü Tomas Vaitkus bu məsafəni 3 saat 19 dəqiqə 49 saniyəyə qət edərək sonuncu mərhələnin qalibi olub. Lüksemburqun "Leopard-Ter" komandasının idmançısı Sin De Bi ikinci, Niderlandın "Rabobank Development" kollektivinin velosipedçisi Konstant Qodrie isə üçüncü olub.

"Tour d`Azerbaidjan"ın sonuncu mərhələsi başa çatdıqdan sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Yarışda ümumi hesabda birinci olan Türkiyənin "Torku Şekerspor" komandasının üzvü Sergey Qreçin göy, sprint yarışlarında lider olan Azərbaycanın "Synergy Baku Cycling Project" komandasının velosipedçisi Kristof Şvaytser yaşıl, dağ klassifikasiya yarışlarının birincisi "Synergy Baku Cycling Project"in digər idmançısı Konnor Makkonvi isə qırmızı köynəklə mükafatlandırılıblar.

Yarışın ən yaxşı gənc idmançısı adına Qazaxıstanın "Astana" komandasının üzvü Baxtiyar Kojatayev layiq görülüb və ona ağ-bənövşəyi köynək hədiyyə edilib.

Ən yaxşı azərbaycanlı idmançı üçün hazırlanmış köynək isə Elçin Əsədova təqdim olunub.

"Tour d`Azerbaidjan"ın ən yaxşı komandası adını Portuqaliyanın "Efapel-Glassdrive" kollektivi qazanıb.

Beş gün davam edən yarışlarda idmançılar ümumilikdə 770 kilometr məsafə qət ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti