...

Azərbaycanın vaterpol üzrə yığması məğlubiyyətsizlik seriyasını davam etdirir (FOTO)

İdman Materials 9 May 2013 01:20 (UTC +04:00)
Mingəçevirdəki "Kür" İdman-Sağlamlıq Mərkəzində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş vaterpol üzrə beynəlxalq turnir start götürüb. Bu barədə Trend-ə Milli Üzgüçülük Federasiyasından xəbər verilib.
Azərbaycanın vaterpol üzrə yığması məğlubiyyətsizlik seriyasını davam etdirir (FOTO)

Azərbaycan, Bakı, 9 may / Trend /

Mingəçevirdəki "Kür" İdman-Sağlamlıq Mərkəzində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş vaterpol üzrə beynəlxalq turnir start götürüb. Bu barədə Trend-ə Milli Üzgüçülük Federasiyasından xəbər verilib.

Azərbaycan yığması ikinci qarşılaşmasında da qələbə qazanıb. Bu dəfə idmançılarımız Gürcüstan yığmasını 13:11 (4:1, 2:2, 4:2, 3:6) hesabı ilə məğlub edib.

Həmin gün Belorus yığması isə Rusiya idmançılarını 13:7 hesabı ilə məğlub edib.

Qeyd edək ki, ikinci turun oyunlarına başlamazdan əvvəl Şuşa şəhərinin işğalı zamanı şəhid olmuş əsgərlərin və əhalinin xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Xatırladaq ki, turnirin ilk turunda Azərbaycan millisi Belarus komandası ilə qarşılaşıb və gərgin mübarizə şəraitində keçən qarşılaşmada yığmamız 18:17 (2:4, 5:5, 4:3, 7:5) hesabı ilə qələbə qazanıb. Turun ikinci oyununda Moskva yığması Gürcüstanın gənclərdən ibarət komandasını 17:5 hesabı ilə məğlub edib.

Beləliklə də, ikinci turdan sonra turnirin cədvəli aşağıdakı kimi olub:

1. Azərbaycan - 4 (vurulmuş və buraxılmış topların fərqi 31-28)

2. Belorus - 3 (30-25)

3. Moskva - 3 (24-18)

4. Gürcüstan - 0 (16-30)

Turnirin üçüncü turunda Belorus komandası gürcülərlə, Azərbaycan yığması isə moskvalılarla qarşılaşacaq.

Azərbaycanın vaterpol komandasının baş məşqçisi Azər Babayev deyib ki, o, gürcülərlə qarşılaşmada gənc idmançılara öz potensiallarını göstərmək imkanı verib.

"Gürcüstan idmançıları Moskva və Belorus komandalarına nəzərən nisbətən zəifdirlər. Ona görə də, gənclərə şərait yaratdım ki, onlar yarış təcrübəsi əldə etsinlər" - deyə Babayev bildirib.

O, əlavə edib ki, Azərbaycan yığması sonuncu turda maksimum nəticə göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti