Azərbaycan, Bakı, 10 may /Trend/
Azərbaycan milli komandasına daha bir futbolçu - hazırda İspaniya çempionatının II divizionunda çıxış edən "Real Mursia" klubunun üzvü Eddi İsrafilov dəvət olunub. Bu barədə Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir.
Qeyd edək ki, 1992-ci il təvəllüdlü bu futbolçunun anası İradə İsrafilova Bakı şəhərində anadan olub və azərbaycanlıdır.