...

Paralimpiyaçılarımız dünya çempionatının kvalifikasiya standartı yerinə yetiriblər

İdman Materials 12 May 2013 14:19 (UTC +04:00)
Yüngül Atletika üzrə Paralimpiya milli komandamız bu günlərdə İtaliyanın Qrosseto şəhərində keçirilən İtaliya Açıq Çempionatında iştirak edib.
Paralimpiyaçılarımız dünya çempionatının kvalifikasiya standartı yerinə yetiriblər

Azərbaycan, Bakı, 12 may /Trend/

Yüngül Atletika üzrə Paralimpiya milli komandamız bu günlərdə İtaliyanın Qrosseto şəhərində keçirilən İtaliya Açıq Çempionatında iştirak edib.

Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yarışın birinci günündə 4 paralimpiyaçımız göstərdikləri nəticələrlə Fransanın Lion şəhərində keçiriləcək Dünya çempionatının kvalifikasiya standartı yerinə yetiriblər.

Rüfat Rəfiyev nüvə itələmə - 10.73 m (Kvalifikisiya standartı)

Ülvi Şıxvəliyev 100 m qaçış - 11.75 (Kvalifikisiya standartı)

Rza Osmanov uzunluğa tullanma - 6.51m (Kvalifikisiya standartı)

Kamil Əliyev uzunluğa tullanma - 6.62m (Kvalifikisiya standartı)

Xəbər lenti

Xəbər lenti