...

“Barselona” 10 futbolçunu transferə çıxarıb

İdman Materials 15 May 2013 14:27 (UTC +04:00)
“Barselona” nın idman direktoru Andoni Subisarreta Tito Vilanova başda olmaqla məşqçi qərargahının imtina etdiyi oyunçular barədə klub rəhbərliyi üçün siyahı hazırlayıb.
“Barselona” 10 futbolçunu transferə çıxarıb

Azərbaycan, Bakı, 15 may /Trend/

"Barselona"nın idman direktoru Andoni Subisarreta Tito Vilanova başda olmaqla məşqçi qərargahının imtina etdiyi oyunçular barəsində klub rəhbərliyi üçün siyahı hazırlayıb. Trend-in məlumatına görə, bu barə İspaniya KİV-i məlumat yayıb.

Siyahıya hüçumçu David Vilya və müdafiəçi Erik Abidal daxil olmaqla 10 nəfərin adları düşüb. Hücumçu hələ qışda Kataloniyanı tərk etmək istəyirdi, lakin "Barselona" onu İngiltərəyə getməyə buraxmadı. Fransalı oyunçunun isə müqaviləsi bitir və ona yeni müaqvilə təklif edilməyəcək.

Siyahıya, həmçinin müdafiəçilər Adrianu, Mark Munesa və Andreu Fontas, yarımmüdafiəçilər Xonatan Dos Santos, Serxi Roberto və İbrahim Affelay, hücumçular Boyan Krkiç və İsaak Kuenka da daxildirlər. Ötən mövsüm icarə əsasında "Milan"da oynayan Boyan Krkiç böyük ehtimalla italyan klubu tərəfindən alınacaq, "Ayaks"da icarə əsasında oynayan Kuenka isə Hollandiyada qalmağı planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti