...

Azərbaycan-Lüksemburq oyununun biletləri satışa çıxarılıb

İdman Materials 20 May 2013 10:35 (UTC +04:00)
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan-Lüksemburq oyununun biletləri satışa çıxarılıb
Azərbaycan-Lüksemburq oyununun biletləri satışa çıxarılıb

Azərbaycan, Bakı, 20 may / Trend müxbir M.Əliyev/

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan-Lüksemburq oyununun biletləri satışa çıxarılıb.

Trend-in məlumatına görə, bu barədə bazar ertəsi AFFA-dan bildirilib.

Oyun iyunun 7-də, saat 21:00-da, "Bakcell Arena"da keçiriləcək.

Biletlərin qiymətləri sektorlara uyğun olaraq 4, 9, 14 və 50 AZN-dir.

Qeyd edək ki, Azərbaycan seçmə mərhələdə yer aldığı qrupda 6 oyundan sonra topladığı 3 xalla 5-ci yerdə qərarlaşıb. Yığmamız İsrail, Şimali İrlandiya və Lüksemburqla oyunlarda heç-heçə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti