Azərbaycan, Bakı, 23 may /Trend/
"Neftçi" müdafiəçisi Mahir Şükürovla daha bir il müddətinə müqavilə bağlayıb. Trend-in məlumatına görə, bu haqda klubun saytı məlumat yayıb.
Yeni müqavilə imzaladıqdan sonra Şükürov deyib ki, bu çempionluq mənim üçün xüsusilə əlamətdar oldu:
"Çünki karyeramda ilk qızıl medalları "Neftçi"nin heyətində əldə etdim. Ölkə kubokunu da qazanaraq, qızıl dubl etmək şansımız var. Bununla yanaşı, Azərbaycan futbol tarixində ilk dəfə olaraq avrokuboklarda qrup mərhələsində oynadıq. Yeni anlaşmaya gəlincə, buna görə özümü çox xoşbəxt hiss edirəm. Klub rəhbərliyinin göstərdiyi etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Ağ-qara formanı geyinmək həm böyük şərəf, həm də məsuliyyətdir. Əsas məqsədimiz avrokuboklardakı uğurumuzun davamını gətirməkdir".
“Neftçi” müdafiəçisi Mahir Şükürovla daha bir il müddətinə müqavilə bağlayıb
“Neftçi” müdafiəçisi Mahir Şükürovla daha bir il müddətinə müqavilə bağlayıb. Trend-in məlumatına görə, bu haqda klubun saytı məlumat yayıb.