...

Bakıda "Real Madrid"in futbol məktəbi yaradılır

İdman Materials 18 İyun 2013 16:13 (UTC +04:00)
Azərbaycan Gənclər və İdman Nazirliyi İspaniyanın "Real Madrid" Fondu ilə birgə sosial layihə həyata keçirəcək.
Bakıda "Real Madrid"in futbol məktəbi yaradılır

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir İ.İzzət/

Azərbaycan Gənclər və İdman Nazirliyi İspaniyanın "Real Madrid" Fondu ilə birgə sosial layihə həyata keçirəcək.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 20-də Azərbaycan Gənclər və İdman Nazirliyinin "Real Madrid" Fondu ("Fundación Real Madrid") ilə birgə həyata keçirdiyi "Uşaqların futbol vasitəsilə sağlamlıqlarının qorunması və cəmiyyətə inteqrasiyası" adlı sosial layihənin təqdimat mərasimi keçiriləcək.

Layihənin əsas məqsədi "Real Madrid" Fondunun sosial idman modeli əsasında Bakı şəhərində ilk sosial futbol məktəbinin yaradılmasıdır.

Layihə 4 illik dövrü əhatə edir və ilk fəaliyyət ilində sosial futbol məktəbinin Bakı şəhəri "Vətən" Respublika İxtisaslaşmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin bazasında fəaliyyət göstərməsi nəzərdə tutulub.

Təqdimat mərasimində gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, "Real Madrid" Fondunun məşqçi mütəxəssisi Victor De Arce, layihənin əsas tərəfdaşları olan Təhsil Nazirliyi, Azərbaycan Prezidentinin yanında Gənclər Fondu, "Azəridmanservis" MMC, "Standard Insurance" və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının səlahiyyətliləri ilə birgə hökumət və qeyri-hökumət təşkilatlarının rəsmi nümayəndələri, həmçinin media mənsublarının iştirakı nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti