...

UEFA Avropa Liqasının təsnifat mərhələsinin ilk oyunları başa çatıb

İdman Materials 5 İyul 2013 03:30 (UTC +04:00)
Trend-in məlumatına görə, bu mərhələdə 33 qarşılaşma keçirilib.
UEFA Avropa Liqasının təsnifat mərhələsinin ilk oyunları başa çatıb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 5 iyul /Trend/

Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları başa çatıb.

Trend-in məlumatına görə, bu mərhələdə 33 qarşılaşma keçirilib.

"İnter"in potensial rəqibləri olan Norveçin "Tromse" klubu ilə Sloveniyanın "Kelje" komandası arasında baş tutan oyun 1:2 hesabı ilə sloveniyalıların xeyrinə başa çatıb.

Azərbaycanlı hakim Anar Salmanovun idarə etdiyi "Videoton" - "Mladost Podqoriça" matçında isə ev sahibləri 2:1 hesabı ilə qələbə qazanıblar.

Qeyd edək ki, artıq Avroliqada 3 təmsilçimiz ilk oyununa çıxıb. "İnter" doğma meydanda Finlandiyanın "Mariehamn" klubunu məğlub edə bilməyib - 1:1. "Qarabağ" səfərdə Makedoniyanın "Metallurq" klubuna 1:0 hesabı ilə qalib gəlib. "Xəzər Lənkəran" isə səfərdə Maltanın "Slima" komandası ilə bərabərə qalıb - 1:1.

Digər oyunların nəticələri belədir:

"İnter Bakı" (Azərbaycan) - "Mariehamn" (Finlandiya) - 1:1
"Çixura" (Gürcüstan) - "Vadus" (Lixtenşteyn) - 0:0
"Astana" (Qazaxıstan) - "Botev Plovdiv" (Bolqarıstan) - 0:1
"Milsami Orhey" (Moldova) - "Dudelanj" (Lüksemburq) - 1:0
"Qandzasar" (Ermənistan) - "Aktobe" (Qazaxıstan) - 1:2
"Çelik" (Monteneqro) - "Budapeşt Honved" (Macarıstan) - 1:4
"UE Santa Koloma" (Andorra) - "Zrinjski" (Bosniya) - 1:3
"Teteks" (Makedoniya) - "Pyunik" (Ermənistan) - 1:1
"Hibernians" (Malta) - "Voyvodina" (Serbiya) - 1:4
"Jeunesse Esch" (Lüksemburq) - "Turku PS" (Finlandiya) - 2:0
"Kruoya Pakruoyis" (Litva) - "Dinamo Minsk" (Belarus) - 0:3
"Flora Tallin" (Estoniya) - "Kukesi" (Albaniya) - 1:1
"Suduva" (Litva) - "Turnovo" (Makedoniya) - 2:2
"Tiraspol" (Moldova) - "Skonto Riqa" (Latviya) - 0:1
"Laçi" (Albaniya) - "Differdanj 03" (Lüksemburq) - 0:1
"Torpedo Kutaisi" (Gürcüstan) - "Zilina" (Slovakiya) - 0:3
"Tromse" (Norveç) - "Kelje" (Sloveniya) - 1:2
"Levski Sofiya" (Bolqarıstan) - "İrtış Palador" (Qazaxıstan) - 0:0
"Prestatin Taun" (Uels) - "Metallurq Liepaya" (Latviya) - 1:2
"Teuta Durres" (Albaniya) - "Daçiya Kişinyov" (Moldova) - 3:1
"Vikinqur" (Farer adaları) - "İnter Turku" (Finlandiya) - 1:1
"Jalgiris Vilnüs" (Litva) - "Sent Patriks" (İrlandiya) - 2:2
"Airbus UK" (Uels) - "Ventspils" (Latviya) - 1:1
"Sarajevo" (Bosniya) - "Libertas" (San Marino) - 1:0
"Rudar" (Monteneqro) - "Mika" (Ermənistan) - 1:0
"Videoton" (Macarıstan) - "Mladost Podqoriça" (Monteneqro) - 2:1
"Krusaders" (Şimali İrlandiya) - "Rosenburq" (Norveç) - 1:2
"Drogheda Yunayted" (İrlandiya) - "Malmö" (İsveç) - 0:0
"Domzale" (Sloveniya) - "Astra" (Rumıniya) - 0:1
"La Fiorita" (San Marino) - "Valletta" (Malta) - 0:3
"Breydablik" (İslandiya) - "FC Santa Coloma" (Andorra) - 4:0
"Reykyavik" (İslandiya) - "Qlentoran" (Şimali İrlandiya) - 0:0
"IBV Vestmannaeyjar" (İslandiya) - " HB Torşavn" (Farer adaları) - 1:1

Xəbər lenti

Xəbər lenti