...

Kriştian Ronaldu Tbilisidə Futbol Akademiyasını açıb

İdman Materials 7 İyul 2013 21:53 (UTC +04:00)
Dünya futbolunun ulduzu, Portuqaliya yığmasının və Madridin "Real" komandasının oyunçusu Kriştianu Ronaldu Tbilisidə bazar günü Tbilisi "Dinamo"sunun futbol akademiyasını açıb.
Kriştian Ronaldu Tbilisidə Futbol Akademiyasını açıb

Gürcüstan, Tbilisi, 7 iyul /Trend, müxbir N.Kirtsxalia/

Dünya futbolunun ulduzu, Portuqaliya yığmasının və Madridin "Real" komandasının oyunçusu Kriştianu Ronaldu Tbilisidə bazar günü Tbilisi "Dinamo"sunun futbol akademiyasını açıb. Məktəbə Vitali Daraseliyanın adı verilib.

Trend-in məlumatına görə, açılışda həmçinin Ukrayna futbolçusu Andrey Şevçenko və Gürcüstanın energetika naziri, Gürcüstan yığmasının sabiq kapitanı Kaxa Kaladze də olublar.

Tbilisi "Dinamo"sunun prezidenti Roman Pipiyanın bildirdiyinə görə, bu regionda ən böyük və müasirləşdirilmiş futbol məktəbidir.

Ronaldu öz növbəsində qeyd edib ki, o, həmişə futbol məktəblərinin açılışı ilə bağlı belə təntənəli tədbirlərdə iştirak etməyə şaddır.

"Uşaqların futbolçu olması və sonra özlərinin həyatını təmin etməyə imkan əldə etməsi çox yaxşı haldır", Ronaldu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti