...

Azərbaycan güləşçiləri Gürcüstandan 6 medalla qayıdıblar

İdman Materials 19 İyul 2013 19:24 (UTC +04:00)
Gürcüstanda keçirilən Temo Kazaraşvilinin xatirə turniri başa çatıb.
Azərbaycan güləşçiləri Gürcüstandan 6 medalla qayıdıblar

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 19 iyul /Trend/

Gürcüstanda keçirilən Temo Kazaraşvilinin xatirə turniri başa çatıb.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, turnirdə iştirak edən yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandamız ümumilikdə 4 gümüş və 2 bürünc medal qazanıb.

Finala qədər maneəsiz gələn güləşçilərimizdən Nofəl Babayev (42 kq) və Mehrac Kərimov (69 kq) gürcü, Elçin Məmmədov (54 kq) və Zahid Ələkbərzadə (58 kq) isə türk güləşçi ilə görüşdən məğlub ayrılıb və gümüş medalla kifayətləniblər.

Adambek Şidukov (100 kq) gürcü güləşçi ilə həlledici görüşdə qalib gəlib və bürünc medal qazanıb. 100 kq çəkidə digər təmsilçimiz Cavid Feyziyev də bürünc medala sahib olub.

Yaşar Məmmədzadə (46 kq) və Şamo Süleymanov (58 kq) isə beşinci olub.

Komanda hesabında Azərbaycan güləşçiləri üçüncü sırada qərarlaşıb. İlk sıranı Gürcüstan, ikinci yeri Türkiyə pəhləvanları tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti