...

"İnter" "Qarabağ"ın ikinci heyəti ilə də bacara bilmədi

İdman Materials 4 Avqust 2013 21:58 (UTC +04:00)
Bu gün Azərbaycan Premyer Liqasının ilk turuna yekun vurulub.
"İnter" "Qarabağ"ın ikinci heyəti ilə də bacara bilmədi

Azərbaycan, Bakı, 4 avqust /Trend/

Bu gün Azərbaycan Premyer Liqasının ilk turuna yekun vurulub.

Trend-in məlumatına görə, turun son günündə iki oyun keçirilib.

"İnter" Bakıda meydana əsasən ikinci heyətlə çıxan "Qarabağ"ı qəbul edib. Matçda ilk qol meydan sahiblərindən gəlsə də (Vaqif Cavadov, 9), ağdamlılar hesabı öz xeyirlərinə dəyişməyi bacarıblar - Çumbinyo, 38 (1:1), Leroy Corc, 58 (1:2). Oyun elə bu hesabla da başa çatıb.

"Sumqayıt" - "Xəzər Lənkəran" oyununda isə komandaları meydanı bir xalla tərk ediblər - 1:1.

Turun digər oyunlarının nəticələri isə aşağıdakı kimidir:

"Bakı" - "Qəbələ" - 1:2
"Simurq" - "Rəvan" - 2:0
"Neftçi" - AZAL - 4:1

Qeyd edək ki, Premyer Liqada II turun oyunları avqustun 10-11-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti