...

Azərbaycanın futbol klubları UEFA-nın reytinqində gerilədi

İdman Materials 24 Sentyabr 2013 13:34 (UTC +04:00)
Son beş mövsümün nəticələrinə əsasən tərtib olunan reytinqdə 453 komanda yer alıb. Azərbaycan klubları arasında reyntinqdə ən yaxşı göstərici “Qarabağ”a məxsusdur. Ağdam təmsilçisi siyahıda bu dəfə 196-cı yeri tutur. Bu isə ötən reytinqlə müqayisədə“Qarabağ”ın 7 pillə geri düşməsi deməkdir.
Azərbaycanın futbol klubları UEFA-nın reytinqində gerilədi

Azərbaycan, Bakı, 24 sentyabr /Trend/

UEFA klubların növbəti reytinq siyahısını açıqlayıb. Trend-in xəbərinə görə, siyahıda ilk üçlük əvvəlkitək müvafiq olaraq "Barselona", "Bavariya" və "Real"a (Madrid) məxsusdur.

Son beş mövsümün nəticələrinə əsasən tərtib olunan reytinqdə 453 komanda yer alıb. Azərbaycan klubları arasında reyntinqdə ən yaxşı göstərici "Qarabağ"a məxsusdur. Ağdam təmsilçisi siyahıda bu dəfə 196-cı yeri tutur. Bu isə ötən reytinqlə müqayisədə"Qarabağ"ın 7 pillə geri düşməsi deməkdir.

Digər təmsilçimiz "Neftçi" də əvvəlki mövqeyini əldən verərək (4 pillə) 203-cü yerə düşüb.

"Simurq" istisna olmaqla, reytinqdəki digər təmsilçilərimiz də geriləyib. Hazırda "İnter" 279-cu (-3), "Bakı" 282-ci (-3), "Xəzər Lənkəran" 301-ci (-2), AZAL 378-ci (-1), "Simurq" isə 379-cu (0) yeri tutur.

Cari mövsümün reytinqində isə ilk üçlük hələlik İngiltərə təmsilçilərinə məxsusdur. "Arsenal" birinci, "Mançester Yunayted" ikinci, "Mançester Siti" isə üçüncüdür.

Bu mövsüm avrokuboklarda mübarizə aparmış Azərbaycan komandalarından "Qarabağ" 67-ci (-21), "Neftçi" 105-ci (-31), "İnter" 148-ci (-27), "Xəzər Lənkəran" isə 149-cu (-30) pillədə qərarlaşıb.

Azərbaycan isə klubların reytinqində əvvəlkitək 30-cu yerdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti