...

İndoneziyada 4-cü İslam Həmrəylik Oyunlarının Bakıda keçirilməsinə həsr olunmuş Azərbaycan Günü təşkil edilib (FOTO)

İdman Materials 26 Sentyabr 2013 12:10 (UTC +04:00)
İndoneziyada keçirilən 3-cü İslam Həmrəylik Oyunları çərçivəsində Palembanq şəhərində, "Aryaduta" mehmanxanasında "Bakı-2017"nin Təşkilat Komitəsi tərəfindən 4-cü İslam Həmrəylik Oyunlarının Bakıda keçirilməsinə həsr olunmuş Azərbaycan Günü təşkil edilib.
İndoneziyada 4-cü İslam Həmrəylik Oyunlarının Bakıda keçirilməsinə həsr olunmuş Azərbaycan Günü təşkil edilib  (FOTO)

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir İ.İzzət/

İndoneziyada keçirilən 3-cü İslam Həmrəylik Oyunları çərçivəsində Palembanq şəhərində, "Aryaduta" mehmanxanasında "Bakı-2017"nin Təşkilat Komitəsi tərəfindən 4-cü İslam Həmrəylik Oyunlarının Bakıda keçirilməsinə həsr olunmuş Azərbaycan Günü təşkil edilib.

Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Oyunların iştirakçılarına və təşkilatçılara ünvanlanmış video müraciəti ilə başlayıb. Prezident İlham Əliyev müraciətində Azərbaycanın sosial-iqtisadi, siyasi vəziyyəti haqqında məlumat verməklə yanaşı İslam Oyunlarının əhəmiyyətinə toxunub və Azərbaycanın bu Oyunlara yüksək səviyyədə ev sahibliyi etmək iqtidarında olduğunu vurğulayıb.

Azərbaycan Günündə 46 iştirakçı dövləti təmsil edən Milli Olimpiya komitələrinin prezidentləri və baş katibləri, İslam Həmrəylik İdman Federasiyasının rəhbərliyi, hazırkı Oyunların Təşkilat Komitəsinin nümayəndələri, həmçinin İndoneziya hökumətinin səlahiyyətli şəxsləri, Azərbaycan Respublikasının İndoneziyadakı səlahiyyətli səfiri Tamerlan Qarayev və digər şəxslər iştirak ediblər.

Mərasimdə iştirak edən qonaqlar Azərbaycanın idman uğurlarını yüksək qiymətləndirib və ölkəmizin 4-cü İslam Həmrəylik Oyunlarını 2017-ci ildə Bakı şəhərində yüksək səvyyədə təşkil edəcəyini əminliklərini ifadə ediblər.

Tədbirdə Azərbaycanın mədəniyyəti, idman tarixi və mətbəxini təbliğ edən videoçarx nümayiş etdirilib və ölkəmizdə mövcud olan idman və qeyri-idman obyektlərindən ibarət fotostendlər təşkil edilib və əyani vəsaitlər paylanıb. Azərbaycan Günü milli musiqimizin sədaları altında davam edib.

Qeyd edək ki, növbəti, 4-cü İslam Həmrəylik Oyunları 2017-ci ildə Bakı şəhərində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti