...

Fariz Məmmədovun növbəti döyüşünün vaxtı məlum olub

İdman Materials 12 Noyabr 2013 12:38 (UTC +04:00)
Azərbaycanı və “Qəbələ” İdman Klubunu peşəkar rinqdə təmsil edən Fariz Məmmədovun növbəti döyüşünün vaxtı məlum olub.
Fariz Məmmədovun növbəti döyüşünün vaxtı məlum olub

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Azərbaycanı və "Qəbələ" İdman Klubunu peşəkar rinqdə təmsil edən Fariz Məmmədovun növbəti döyüşünün vaxtı məlum olub.

Trend-in məlumatına görə, peşəkar boksçumuz dekabrın 14-də almaniyalı idmançı Mattias Peklə Bakıda qarşılaşacaq.

Döyüş WBO və IBF versiyasının Avropa kəməri uğrunda keçiriləcək. Almaniya təmsilçisi indiyədək peşəkar boksda keçirdiyi 21 döyüşün hamısında qalib gəlib. Bu baxımdan F.Məmmədovu çətin bir qarşılaşma gözlədiyini demək olar. "Eurosport" telekanalı "Qəbələ" İdman Klubu ilə razılaşmaya əsasən döyüşü canlı yayımlayacaq.

F.Məmmədov hazırda Ukraynanın Xarkov şəhərində təlim-məşq toplanışındadır. Onun məşqçisi Viktor Demçenko azərbaycanlı jurnalistlərə açıqlamasında Farizin fiziki durumunun yüksək səviyyədə olduğunu bildirib: "Hazırlığın ilkin mərhələsini Qəbələdə yaxşı səviyyədə keçirdik. Rəqibin çox güclü olduğunu bilirik. Ancaq idmançı üçün belə güclü rəqiblərin olması faydalıdır. Fariz hazırda çox yaxşı formadadır və mən ona güvənirəm".

Qeyd edək ki, dekabrın 14-də Fariz Məmmədovla yanaşı daha 4 döyüş keçiriləcək. Peşəkar boksçular arasında baş tutacaq döyüşün üçü reytinq, biri isə Avropa kəməri uğrunda 12 raundluq titul döyüşü olacaq.

Xatırladaq ki, yeddi illik fasilədən sonra 2012-ci ildə yenidən peşəkar rinqə qayıdan Məmmədov son bir il yarımda keçiridiyi üç döyüşün hamısını qələbə ilə başa vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti