...

Boks üzrə ikiqat dünya çempionu güllələnib

İdman Materials 5 Yanvar 2014 11:45 (UTC +04:00)
Həvəskarlar arasında boks üzrə ikiqat dünya çempionu kubalı Xulio Sezar la Krus güllə yarası alaraq xəstəxanaya yerləşdirilib. Bu barədə Trend İTAR-TASS-a istinadən xəbər verir.
Boks üzrə ikiqat dünya çempionu güllələnib

Azərbaycan, Bakı, 5 yanvar /Trend/

Həvəskarlar arasında boks üzrə ikiqat dünya çempionu kubalı Xulio Sezar la Krus güllə yarası alaraq xəstəxanaya yerləşdirilib. Bu barədə Trend İTAR-TASS-a istinadən xəbər verir.

Yerli KİV-in məlumatına görə, hadisə şənbə günü gecə 24 yaşlı idmançı doğma şəhəri Kamaquedəki idman klublarının birindən çıxan zaman baş verib. Hadisənin təfərrüatları açıqlanmır, lakin güllənin boksçunun bədəninin sol hissəsində qabırğanın yuxarı kənarına dəydiyi məlumdur. Yaxın vaxtlarda o, paytaxt Havanadakı xəstəxanaya aparılacaq.

La Krus hazırda Kubanın ən yaxşı boksçularından biri hesab olunur. 81 kq çəkidə mübarizə aparan idmançı 2011 və 2013-cü illərdə dünya çempionu olub.

Xəbər lenti

Xəbər lenti